Polis Akademiyasının tələbələri arasında dava:

Polis Akademiyasının tələbələri arasında dava: Bıçaqlanan var

2016-10-26 22:01 74

Bakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir nəfər bıçaqlanıb.

XEBERSİZ.COM oxu.az -a istinadən xəbər verir ki, dava küçədə olub.

Belə ki, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 5 ünvanın qarşısında Polis Akademiyasının 3-cü kurs tələbələri - 1997-ci il təvəllüdlü Coşqun Əliyev ilə 1996-cı il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı C.Əliyev qrup yoldaşı R.Məmmədova bıçaqla xəsarət yetirib. 

R.Məmmədov Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: xəbər saatı

Valyuta məzənnələri (08.12.2016)

1.7369 1.8716 0.0274 0.5134

Xəbər lenti