19 yaşlı qadın faciəvi şəkildə öldü

19 yaşlı qadın faciəvi şəkildə öldü Bakıda DƏHŞƏT

2016-10-21 10:55 67

Bu gecə Bakının Suraxanı rayonunda baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən binanın 9-cu mərtəbəsindən yıxılan 19 yaşlı Sərfinaz Əsgərovanın yaxınları bildirib ki, hadisə paltar sərərkən baş verib. Belə ki, keçən il ailə həyatı qurmuş və bir neçə ay əvvəl ana olan Sərfinaz yuduğu paltarları eyvanın qarşısından çəkilpiş ipə sərərkən başı gicəllənib və yıxılıb. O, hadisə yerindəcə keçinib. 19 yaşlı qızın qan azlığından əziyyət çəkdiyi ehtimal edilir.

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Valyuta məzənnələri (08.12.2016)

1.7369 1.8716 0.0274 0.5134

Xəbər lenti