Mustafa Tayatı oğurlayan “Azeri kızı” kimdir? Şok faktlar

Mustafa Tayatı oğurlayan “Azeri kızı” kimdir? Şok faktlar FOTO

2016-10-20 10:54 146

Tanınmış iş adamı Mustafa Tayatın İstanbulda girov götürülməsi Türkiyə və Azərbaycan mətbuatının gündəmini zəbt edib.

Xebersiz.com 1news.az-a istinadən xəbər verir ki, M.Tayat keçmiş işçisi Lətifə Məmmədovanın kofe içmək dəvəti ilə Sarıyerdə bir villaya getdiyini və orada əl-ayağı bağlanaraq 2 gün ərzində girov saxlanıldığını iddia edir.

İş adamı şikayət ərizəsində yazıb ki, 2 nəfər ona əziyyət verib və 3 milyon dollar tələb ediblər. Daha sonra onun cibindəki 10 min lirəni götürüblər, özünü də yol qırağına atıblar. M.Tayat qadın tərəfindən tapança ilə təhdid edildiyini və ona zorla sənəd imzalatdırıldığını deyib.

Polis qısa zamanda 2 cinayətkarı həbs edib, L.Məmmədovanın axtarışı isə davam edir.

Hadisə barədə olan informasiya sadəcə bundan ibarətdir. L.Məmmədova və M.Tayat haqqında heç bir məlumat yoxdur. Onların sadəcə azərbaycanlı olduğu bildirilir.

Amma araşdırmalarımız nəticəsində Mustafa Tayatın əslində azərbaycanlı olmadığı üzə çıxıb.

Mustafa Tayat kimdir?

Belə ki, o, Azərbaycana 2008-ci ildə gəlib və burada öz adını daşıyan mağazalar şəbəkəsi qurmağa başlayıb Qısa zamana 10-dan çox mağaza açıb. 2011-ci ildə onun brendi Azərbaycanda ikinci dəfə “ən yaxşı” seçilib.Amma çox keçmədən iş adamının adı daha çox rüşvət qalmaqallarında, sahibi olduğu mağazalar şəbəkəsinin müştəri aldatması və son olaraq keçmiş MTN naziri Eldar Mahmudovun yaxın ətrafında baş verən hadisələrdə hallanıb.

İş adamı ilə bağlı daha bir qalmaqal sahibi olduğu mağazalar şəbəkəsində müştərilərin həqiqi olmayan endirim elanları ilə aldatmasında yaşanıb.

Belə ki, mağaza işçiləri tərəfindən 70 faiz endirim tətbiq olunduğu bildirilsə də, həmin geyimlərin etiketlərinin üzərində endirim barədə məlumatların qeyd edilmədiyi müəyyənləşdirilmişdi. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həmin reklamların yayımını dayandırmışdı.

M.Tayat 2015-ci ildə Azərbaycanı tərk etməsi ilə bağlı xəbərlərlə də gündəmə gəlmişdi. İddia edilirdi ki, o, maliyyə sıxıntısı yaşayıb və işləri yaxşı getmədiyi üçün ölkəni tərk edib. Amma qısa zaman sonra məlumatlar təsdiqini tapmayıb.

Baş verən hadisələr nəzər yetirdikdə, M.Tayatın iş və şəxsi həyatı ilə bağlı problemləri təkcə Azərbaycanda deyil, Türkiyədə də davam edib. Ehtimal etmək olar ki, iş adamı ilə kim və ya kimlərsə illərdən qalan hesablaşmanı həll etmək istəyir. Hər halda Lətifə Məmmədova bunu tək bacarmazdı və o, sadəcə vasitəçi ola bilərdi.

Bəs İstanbulda yaşayan L.Məmmədova kimdir?

Bu sualın cavabı da “sirli qutu” kimidir. Onun azərbaycanlı olduğu və M.Tayatın mağazalarından birində keçmiş müdir olduğu dəqiqdir. Ehtimal olunur ki, onlar arasında hansısa mübahisə yol ayrılığına səbəb olub.

Araşdırmalarımız nəticəsində L.Məmmədovanın sosial mediada paylaşdığı vəzi foto və videoları tapdıq. Aydın görünür ki, o, lüks həyat yaşayır və ətrafındakı insanlar da imkanlı ailələrin övladlarıdır.

Harada oxuyub və harada yaşayır?

Əldə etdiyimiz məlumata görə, Lətifə Bakıda doğulub və uzun illər Bakının kəndlərindən birində yaşayıb. Bir müddət M.Tayatın mağazalarından birində çalışdıqdan sonra bilinməyən səbəblərdən İstanbula köçüb. Orada moda sahəsi ilə maraqlanıb. “Fast Fashion Design” adlı mərkəzdə “Hızlı Moda Tasarım Stilistlik Eğitimi” üzrə təhsil alıb.

 

Niyə Tayatı qaçırıb?

Belə bir sual ortaya çıxır? Lüks həyat yaşayan Lətifənin M.Tayatın cibindən götürülən 10 min lirəyə (təxminən 5100 manat) ehtiyacı var idimi? Əlində silah tutaraq iş adamına hədə-qorxu gəlməklə nəyə nail olmaq istəyirdi?

Bu sualların cavabını İstanbul polisi də öyrənməyə çalışacaq. Əgər tuta bilsələr... Hələlik axtarışlar davam edir.Silah demişkən, L.Məmmədovanın silahlara və atəş etməyə xüsusi sevgisi olduğu da üzə çıxıb.

 

 

 

Mənbə: 1news.az

Valyuta məzənnələri (08.12.2016)

1.7369 1.8716 0.0274 0.5134

Xəbər lenti