Ömrünə az qalan şəxsdən kiflənmiş ət iyi gəlir - Aqil Məhərrəmov

"Ömrünə az qalan şəxsdən kiflənmiş ət iyi gəlir "- Aqil Məhərrəmov MÜSAHİBƏ

2016-09-22 17:51 148
XEBERSİZ.COM   BiG.AZ - a istindən xəbər verirki uzun müddət Moskvada fəaliyyət göstərən və hazırda Azərbaycanda olan tanınmış ekstrasens Aqil Məhərrəmovun müsahibəsini təqdim edir:

- Ekstrasens olmağınızda kimin və ya nəyin rolu var ?

- Nənəmin rəhmətə getməyi və mənim şok keçirtməyim... Nənəm rəhmətə gedəndən sonra onun ruhu mənə keçdi. Sonra bir molla həmin ruhu bədənimdən çıxartdı, ruh məni tərk etdi. O zaman uşaq idim çox şeyi anlamırdım. İki ay yatıb, ayılmamışam. Nənəm yuxuda mənə çox şeyi izah etdi. O zaman vergi verildi mənə ...

- Çox şeyi deyən zaman nələri sizə izah etdi ki ?

- Dekabrın 31-i yatıb fevralın 27-si ayılmışam. Nələr görmüşəm yuxuda onları danışmaq ixtiyarım yoxdur. Nənəm mənə insanlarla bağlı çox şeyi izah edirdi. O zamandan sonra necə olmaq lazımdır, nələri etmək olar, olmaz, nəyi necə etməliyəm hər bir şey planlaşdırılmış şəkildə izah edilib. Onunla yanaşı olaraq mənə vergi də verilirdi. Yuxuda 12 min ziyarətgah gəzmişəm. O ziyarətgahlardan insanlara hələ 7 mini bəllidir, 5 mini isə yox...

- Neçə ildir bu işlə məşğulsunuz?

- 12 il.

- Özünüzü peşəkar hesab edirsinizmi ?

- Əlbəttə. Əminliklə deyirəm ki, magiya baxımından götürsək tam peşəkaram.

- Magiya haqqında nə deyə bilərsiniz ?

- Azərbaycanda magiya deyəndə Quran surələri, dualar və s. kimi şeylər başa düşülür. Bu magiya deyil. Azərbaycanda magiyanı bilən heç kəs yoxdur.

- Bəs siz ?

- Mən magiyanın dərinliyinə kimi bilirəm, buna görə qarşımda heç kəs dura bilməz. Amma yaşıma görə ... Əslində qara magiyanı (əslində rəngi yoxdur, sadəcə pislik edilməsi üçün olunan magiya deyək -red) lap yaxşı dərindən bilirəm. Magiya sənin dediyin ifadələr, çağırdığın ruh və ya cinlər və xüsusi atributlar olmalıdır. Bunların cəmi magiyadır. Magiya elə bir şeydir ki, izah etməklə bitməz, o elə bir dünyadır ki, bizim dünyamıza paralel ... Hansı ki, onu yerindən tərpətsələr bizim həyatımızda olanlar dəyişə bilər. Elə sevgi özü də magiyadır. Qəzəb magiyası da var ... Magiya energetik bir ox, toz şəklindədir.

- Magiyanı bilmədənhər hansı falçı bu işlə məşğul ola bilərmi ?

- Olar, amma o zaman əməl edə və ya əməl təmizləyə bilməz. Sadəcə görə bilər nələrisə ... O da güclü ekstrasens sayılmaz və qəbul olunmaz.

- İnformasiya sizə necə ötürülür ?

- Şəkil qismində. Video lent kimi gözümə görünür. Sözlə çatdırılmalı fikirlər olan zaman ruhlar mənə söyləyir.

- Gün ərzində yanınıza nə qədər insan gəlir?

- Həqiqətən mən çox insan qəbul edə bilmirəm. Maksimum 3 . Çünki yoruluram. Həm çox adam qəbul etməyin mənası yoxdur axı... Gərək insanların dərdinə çarə olmağı da bacarasan. Bir insan sənə inanıb, yanına gəlirsə sən onu qəbul edirsənsə, problemlərinə də kömək etməlisən. Ən yaxşısı dürüstlükdür. O da bu dəqiqə çox özünə ekstrasens deyənlərdə yoxdur.

- Hər adamın fərqli problemləri olur, necə çatdırırsınız hər birinə kömək etməyi ?

- Çalışıram kömək edim. Boynuma götürüb, söz verirəmsə deməli mən o işi görməliyəm. Gün ərzində elə olur 2-3 saat yatıram, 6-7 saat ac qalıram. Doğmalarımı, dostlarımı aylarla görmürəm. Amma "hə" demişəmsə, o işi edirəm. Boynuma götürüb, sonradan "yox edə bilmərəm" dediyim işlər çox az halda ola bilər.

- Ekstrasenlər niyə keçmişi rahatlıqla deyib, gələcəyi deməkdən qorxurlar ?

- Qorxurlar deməzdim, bacarmırlar. Keçmişdə olanlar insanın yaddaşında həkk olunub, qalıb. O yaddaşı oxumaq çox asandır. Amma gələcəyi demək həm məsuliyyətdir, həm də ki, onu görmək və deməyi bacarmaq lazımdır. Amma insan gələcəyini dəyişə bilir, tam dəyişilməyəcək şeyləri demək asandır və çox təhlükəlidir.

- Qarşılaşdığınız insanların nə qədər yaşayacağını bilirsinizmi ?

- Təxmini görüb, bilirəm.

- Necə bilirsiniz ki, hansı insan nə vaxt öləcək?

- Hiss edəndə ki, bu insandan kiflənmiş, çürümüş ət qoxusu gəlir demək ömrünə çox az qalıb. O zaman deyirəm ki, sənin gələcəyini görmürəm, soruşanda səbəb o zaman deyirəm ki, sadəcə görmürəm. Niyəsini demək olmaz, icazə yoxdur.

- Əlinizdə imkan olsa görücülükdən imtina edərsinizmi?

- Bəli günü bu gün imtina edə bilərəm. Səbəbi çox yoruluram, həyatımda çox şeyə qadağa qoymuşam. Sağlamlığım məhv olur.

- Ən təhlükəli cadu növü?

- Nikromantiya. Cadu da da deyil, magiyanın bir növüdür. Təhlükəli hesab olunur. O elə bir magiyadır ki, ancaq, qəbiristanlıq ruhları ilə iş görülür. Aşağı qatda olan ruhlarla işləyirsən. Ən təhlükəli ruhlarla yəni... Cin də ola bilər, şeytan da... Özlərini öldürən insanların ruhları da ola bilər.

- Ruh insana xələl gətirə bilərmi?

- Ruh insanı dəli edə, öldürə bilər. Özünü öldürmə həddinə çatdıra bilər. Yuxunu qaçırda, xəstəlik yarada bilər. Çox şey edə bilər. Özünü sevdirə də bilər.

- Cin hansısa qızı sevə bilərmi ? Bu necə olur qəribədir?

- Hətta qız uşağının cindən hamilə qaldığının şahidi olmuşam. Bu hadisə Azərbaycanda baş verib. Bir qədər intim mövzudur. Xanımların güzgü qabağında çılpaq yatmalarının nəticəsində ola bilər. Bu tip şeylər bizim qızlarda çox baş verir. Xanımlar yatan yerdə güzgüyə baxıb özündən həzz almaq prosesi yaşayırlar, bu da olmaz. Güzgüdən cin-şeytan çıxıb onu sevə bilər. Cin qızı sevəndən sonra xanımın gözü heç kimi görmür, heç kimi sevə bilmir. Heç kimlə yola gedə bilmir. Təkliyə qapanır. Çox adam elə bilir ki, bu cadudur. Amma cadu deyil, ola bilsin cinin qızı sevməsi olsun.

- Etiraf edirsiniz ki, işiniz şeytan əməlidir?

- Xeyr, işim şeytan əməli deyil. Şeytanla işləmirəm, ruhlarla işləyirəm. Bu günə kimi şeytanla işbirliyim olmayıb. O şey var, deyə bilmərəm yoxdur. Amma mən onu aktivləşdirməmişəm. Çünki mənim anam var. Əgər mən aktiv etsəm, hər bir şeyin bədəli olur. Mənim də bədəlim anamdır, anamı alacaqlar əlimdən. Mən də hələki ona hazır deyiləm.

-İnsana baxan kimi ilk nələrini görürsünüz?

-Hamıdan gizlətdiklərini görürəm. Ən çox da uşaqlığını görürəm. Çünki insan uşaqlığını necə yaşayırsa, sonrakı həyatına çox təsir edir.

- Yanınıza gələn şəxsin pis insan olduğunu gördükdə reaskiyanız necə olur?

-Həmin adama deyirəm ki, siz çox səhvlər etmisiniz və həmin səhvlərin bədəlini ödəyəcəksiniz. Üzünə də bəlli edirəm.

-Sevgi magiyası var?

-Var. Xristianlıqda belə bir magiya var. Bir var sevgi magiyası, bir də var sevgi çevirilişləri. Sevgi çevirilişlərini səni sevməyən insana da edə bilərsən. Amma sevgi magiyası bir-birini sevib ayrılan insanlara edirlər. Sevgi çevrilişi magiyasını isə məcbur edirlər.

- Cadu insanı necə öldürə bilər?

- Çox olur belə hallar... Cadu var insanı 3 günə öldürür, cadu da var 21 günə. 40 günə öldürən cadu var, 3 aya və 1 ilə də ... Həm cadunun növündən asılıdır, həm də ekstrasensin gücündən. İnsan get-gedə zəifləyir, ağrıları artır, əriyir. Həyatda hər şey əlindən gedir və sonra ölür.

-Cadunun davamlılığı 40 gün olur yoxsa necə?

-Əgər zəif bir əməldirsə, bəli.

-40 gündən sonra cadu tamamilə təmizlənir ki ?

-40 gündən sonra zəif cadunu təmizləməyə ehtiyac yoxdur. Çünki 40 gündən sonra cadu öz əhəmiyyətini itirir. Ona görə bizim millətin əksər hissəsi cadunu təzələmək üçün falçıların yanına gedir. Amma elə cadular var ki, uzun müddətlidir. 3 illik cadular var. Bu da ekstrasensin gücündən, bildiyi magiyadan asılıdır. 40 günlük dualar- ən çox su səpilməsi, qıfılın dənizə atılması, müsəlman magiyasından söhbət gedir. Dua yazdırıb kiməsə içirdirilməsi kimi şeylər...

-Qıfılı bağlayıb dənizə atmaq nə deməkdir?

- Guya kiminsə bəxtini açırlar, amma elə deyil. Əksinə, o bəxt bağlamaqdır. Elə qızlar var ki, qıfılın bağlı şəkildə dənizə atılmasının bəxti açacağını düşünür, amma yanılırlar. Azərbaycanda bu şey var, amma səhv edirlər.

-Onda bəxti bağlanan qızlar nə etməlidir?

- Bəxtin bağlanması söhbətinə inanmıram. Belə şeylər müvəqqətidir. Müvəqqəti caduların təsirindən xanımların ailə qurması ləngiyə bilər. Amma tam bəxtin bağladılması, elə cadu yoxdur. Bəxti müvəqqəti dondurulmuş qızlar da falçıya müraciət etməlidir. Məsələn elə olur ki, qızın 21 yaşı var və bəxti bağlanıb. Deməli onun sevdiyi insanla yolları ayrılır. Yollar ayrıldığı üçün onlar neçə ildən sonra hansısa kəsişmədə birləşməlidirlər. Əgər talehində o varsa ...

-Kofe, kart və su falı. Hansı ilə daha düzgün keçmiş və gələcəyi görmək mümkündür?

-Yenə deyirəm, işinin peşəkarı olan şəxsdən asılıdır. Əgər sən professional olmasan, hamısını səhv görə bilərsən.

- Cadu təmizləndikdən sonra həmin cadunu edən şəxsin özünə qayıdır?

- Bəli, çünki cadunun məhv edilməsi anlayışı yoxdur. Cadu ikibaşlıdır.

- Sonuncu dəfə transa girəndə nə görmüsünüz ?

- İnsanın maşında qəza törətdiyini görmüşəm. Həmin maşında 3 nəfərin həlak olub, bir nəfərin sağ qalmasını görmüşəm. Həmin insanın mənim yanıma gəldiyini görmüşəm. Ən maraqlısı bu olub.

-Həyatınızda nəyi dəyişmək istərdiniz?

- Hər şeyi. Yaşayış yerimi, yaşadığım ölkəni. İnsanları dəyişərəm, amma bəzi dostlarım var ki, onlardan keçə bilmərəm. Onları yanımda saxlayaram.

- Aqil maraqlıdır bəs özünüz necə insansınız ?


-Məncə Aqil yaxşı insandır. 60 faiz yaxşı insan olduğumu deyərdim. Çünki səhvlərim yetərincə var. Qəzəbli, əsəbi insanam. İstədiyim insanı susdurmağa çalışam, onu məhv edə bilərəm. Çox təhlükəli biriyəm. Amma bir çox seyləri tez unudan insanam. Mənə qarşı edilən səhvləri də, düzləri də yaddaşıma yaza bilirəm. Tez bağışlayan biriyəm. Amma heç vaxt mənə qarşı edilən səhv yadımdan çıxmaz.

-Sonuncu dəfə özünüz nə vaxt mühakimə etmisiniz?

- Bir həftə bundan öncə.

-Nə üstündə?
- O gizli qalsın deməyim... (gülür-red)

- Yaxşı. Güzgüyə baxanda kimi görürsünüz?

- Xarici görünüşü güclü, daxilən sınmış bir insanı görürəm.

- Sizi nə sındırdı?

- İnsanların ikiüzülülüyü. Mən heç vaxt ikiüzlü insan olmamışam.

- Aqil bu həyatda nəyi itirsə çox pis olar?

- Heç nəyi... Amma bir şeyi etiraf edim, kimi itirirəmsə o insan mənim arxamda olan kəs olur. İstədiyim vaxt onunla danışa bilərəm.

- Ölən insanla?

- Bəli, mümkündür.

-O insanların sayı nə qədərdi?

- Azərbaycanda 3 ...

- Hazırda Bakıdasız, insanlar sizinlə necə əlaqə yarada bilər?

- Telefon nömrəmlə əlaqə yarada bilərlər. Amma müvəqqəti Bakıdayam, çıxıb gedəcəyəm. Təbii ki, qayıtmaq şərti ilə...


Əlaqə üçün: Aqil Məhərrəmovun qəbuluna getmək üçün istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: 055 223 66 13

İnstagramda isə:ekstrasens_agil_magarramov

ƏFRUZƏ AĞAYEVA - BİG.AZ[/b]
xebersaaticom
Mənbə: big.az
Açar sözlər: #Aqil Məhərrəmov

Valyuta məzənnələri (08.12.2016)

1.7369 1.8716 0.0274 0.5134

Xəbər lenti